Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbir keçirilib

Noyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran rayonu R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Seymur Xalıqverdiyev, məktəbin direktoru Kamran Əliyev, müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kamran Əliyev ölkəmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndirib. “Uşaq hüquqları aylığı”na və erkən nikah mövzusuna toxunan K.Əliyev qeyd edib ki, şagirdlərin ən mühüm vəzifəsi yaxşı təhsil almaqdır.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli isə İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. E.Həmidli İslam dininin insanları təhsilə, elmə, həmrəyliyə çağırdığını, dini radikalizmə, ekstremizmə və terrora “yox” dediyini bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Seymur Xalıqverdiyev və digərləri çıxışlarında keçirilən tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşması və inkişafı baxımından əhəmiyyətini qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “İslam Həmrəyliyi İli” çərçivəsində maarifləndirici tədbir keçirilib

    10 Noyabr 2017 15:00