Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bakıda “Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar” mövzusunda konfrans keçirilib

Noyabrın 10-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar” mövzusunda konfrans keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Bakı İslam Universitetinin rəhbərliyi, universitetin müəllim-tələbə heyəti, eləcə də dini sahədə fəaliyyət göstərən ekspertlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini maarifləndirmə işinin əhəmiyyətindən danışıb. Bildirib ki, birlik və vəhdət dövlətlərin varlığını qoruyub saxlayan əsas amildir. Bu dəyərlərdən məhrum dövlətlərdə əmin-amanlıq olmadığı kimi, onların gələcəyi də sual altındadır. Buna görə də təfriqəyə yol açan və milli-dini birliyə yönəlmiş mənfi fikir və ideyaların yayılmasının qarşısı alınmalıdır. Səyyad Salahlı bu istiqamətdə dini maarifləndirməyə böyük ehtiyac olduğunu vurğulayıb. Din xadimlərinin milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rola malik olduğunu deyən sədrin birinci müavini bu gün Azərbaycanda əvvəlki illərdən fərqli olaraq savadlı, müasir ruhlu, müasir düşüncəli, eyni zamanda İslamı bir elm kimi dərindən mənimsəyən və bu istiqamətdə də təbliğ edən milli kadrlarımızın formalaşdığını dilə gətirib. Sədr müavini Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi və digər aidiyyəti qurumlarla birgə həyata keçirdiyi maarifləndirmə tədbirlərinin önəmindən bəhs edib. O, eyni zamanda ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunub. Maliyyə vəsaiti hesabına respublikanın bütün bölgələrində maarifləndirmə tədbirlərinin keçirildiyini, kitabların nəşr edildiyini qeyd edib.
Bakı İslam Universitetinin prorektoru Elçin Həsənli bu cür konfransların gələcəkdə tələbələrin dini maarifçilik işinin aparılması, dini dəyərlərimizin cəmiyyətə çatdırılması istiqamətindəki fəaliyyətlərinə mühüm töhfə olduğunu bildirib. Bu sahədə milli kadrların yetişdirilməsinin önəminə toxunan prorektor universitetin din sahəsi üzrə mütəxəssis kadrlar yetişdirdiyini və onların dövlət-din münasibətlərinin tənzimlənməsində mühüm rol oynadıqlarını deyib. Elçin Həsənli dini maarifləndirmə işinə dövlətimizin çox böyük diqqəti və dəstəyi olduğunu qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasının mənəvi dəyərlərin qorunması və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi daşıdığını vurğulayıb.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov konfransın mahiyyətini özündə ehtiva edən təqdimatla çıxış edib. Dini məsələləri ideoloji təhlükəsizlik aspektindən təhlil edən Gündüz İsmayılov dini kimliyin milli kimliyə qarşı qoyulması, dinin siyasiləşdirilməsi cəhdləri, ənənəvi İslamın zəifləməsi kimi dini sahədəki problemlərə, onların yaranma səbəbinə toxunub. Sədr müavini bildirib ki, bəzən dini maarifləndirmə dedikdə yalnız zərərli dini cərəyan və təriqətlərlə mübarizə nəzərdə tutulur. Bu, səhv yanaşmadır. İnsanlar zərərli dini cərəyanlardan və qeyri-ənənəvi təriqətlərdən də məlumatlı olmalıdırlar, amma paralel şəkildə əsl dinin nə olduğunu da bilməlidirlər. Ən düzgün maarifləndirmə metodologiyası səhvlə yanaşı, doğrunu da göstərməkdir.
Konfrans tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bakıda “Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar” mövzusunda konfrans keçirilib

    10 Noyabr 2017 15:13