Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dini məlumatsızlıq xurafat və mövhumata zəmin hazırlayır

Noyabrın 8-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Neftçala rayonu 1 saylı Mayak kəndi İmam Əli məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Rayonun Bankə qəsəbəsində keçirilən tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev və Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala rayonu 1 saylı Mayak kəndi İmam Əli məscidi dini icmasının sədri Rəşad Muxtarov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Mahir Qəniyev bildirib ki, dini məlumatsızlıq xurafat və mövhumata zəmin hazırlayır, ona görə də dindarlar arasında bu cür tədbirlərin keçirilməsi zəruridir. O, İslam dininin humanizm və tolerantlıq kimi nəcib ideyalar aşıladığını, insanlara dostluq, qardaşlıq, sülh yolu göstərdiyini diqqətə çatdırıb, milli-mənəvi dəyərlərimizin qorunmasının, həmçinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli müsəlman dünyasının mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycanın multikulturalizm və İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edərək İslam həmrəyliyi və milli mənəvi dəyərlərimiz barədə ətraflı məlumat verib.
Daha sonra dini icma sədri Rəşad Muxtarov və QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
    
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dini məlumatsızlıq xurafat və mövhumata zəmin hazırlayır

    08 Noyabr 2017 15:14