Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Balakəndə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Balakən rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə öz ailəsini, Vətənini tərk edərək başqa ölkələrdə din adı altında döyüşməyə getmiş şəxslərin acınacaqlı taleyindən danışıb, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daima uca tutmağımızın vacibliyini vurğulayıb. Filmin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına verdiyi töhfəni yüksək qiymətləndirən natiq bu səpkidə maarifləndirmə tədbirlərinin aparılmasının önəmini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Balakəndə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

    08 Noyabr 2017 17:17