Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Zaqatalada “Dini maarifçilik işinin təşkili: Təcrübə və yeni yanaşma” mövzusunda konfrans keçirilib

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Zaqatala Rayon İcra Hakimiyyəti ilə birgə “Dini maarifçilik işinin təşkili: Təcrübə və yeni yanaşma” mövzusunda konfrans keçirib.
Ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat Bilgisi” fənnini tədris edən müəllimlər və rayon gənclərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Süleymanova açaraq  konfransın keçirilməsinin önəmindən bəhs edib, rayonun ictimai həyatında aparıcı rol oynayan müəllim və gənclərlə bu mövzunun müzakirə olunmasının maarifçilik baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.  
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında din və cəmiyyət, dövlət və din münasibətlərinin başlıca istiqamətlərinə toxunub, dövlətin dinə yanaşmasının əsas meyarlarını iştirakçıların diqqətinə çatdırıb. Müasir inkişaf yolunu tutan Azərbaycan dövlətinin milli-dini dəyərlərə böyük əhəmiyyət verdiyini bildirən Komitə rəsmisi, həmçinin, dini kimliklə milli kimliyin qarşı-qarşıya gətirilməsinin son dərəcə yanlış olduğunu, bunun nə dinə, nə də dövlətçiliyə xidmət etmədiyini vurğulayıb.
Cəmiyyətdə parçalanma yaratmaq istəyən qüvvələrin dindarlar arasında apardıqları təbliğatların əsas mahiyyətini geniş şəkildə izah edən sədr müavini dinin siyasiləşdirilməsinin, dinə xarici təsir və müdaxilələrin, dinə xidmət adı altında qadın hüquqlarının məhdudlaşdırlmasının, tolerantlığın zəiflədilməsinə, məzhəblərarası qarşıdurmanın yaradılmasına səy göstərməyin, xurafatçı meyillərin təbliği və dünyəvi təhsilə qarşı çıxışların bu təbliğatların əsasını təşkil etdiyini bildirib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunmasının daxili və xarici təzahürlərinə diqqət çəkib, son dövrlərdə beynəlxalq sferada İslam həmrəyliyinə olan ehtiyacın Azərbaycan dövlətinin bu sahədə nə qədər uğurlu addımlar atdığına dəlalət etdiyini söyləyib.
Sonda iştirakçıların sualları cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Zaqatalada “Dini maarifçilik işinin təşkili: Təcrübə və yeni yanaşma” mövzusunda konfrans keçirilib

    08 Noyabr 2017 15:51