Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Saatlıda ”İslam həmrəyliyi və vətənpərvərlik” mövzusunda tədbir keçirilib

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı rayon Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi və vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı  rayon Heydər Əliyev Mərkəzinin  direktor əvəzi Telman Ağayev, Saatlı rayon S. Vurğun adına şəhər 1 saylı və V. Əsgərov adına şəhər 4 saylı tam orta məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Məmmədhəsən Mənsimov çıxışında qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün həddən artıq önəmlidir. Bu baxımdan gələcəyimiz olan gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşılmalı və ona həyati əhəmiyyətli məsələ kimi baxılmalıdır
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Azərbaycanda dövlət-din münasibətlərindən, vətənpərvərlik və İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. O bildirib ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq qarşıda duran əsas məqsəddir. Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda formalaşmalıdırlar.
Tədbirdə məruzə ilə çıxış edən rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səidə Mehdiyeva gənc nəslin milli-mənəvi dəyərlərə sadiq olmalarının əhəmiyyətini vurğulayıb, vətənpərvərlik hissinin də bu dəyərlər sisteminin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Saatlıda ”İslam həmrəyliyi və vətənpərvərlik” mövzusunda tədbir keçirilib

    08 Noyabr 2017 15:05