Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Şağlaser kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
 Şağlaser kənd tam orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Samid Ağayev, məktəb direktoru Yalçın Əliyev, dini icmanın sədri Ruhulla Ruhullayev və ictmaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yalçın Əliyev çıxışında məktəbdə həyata keçirilən maarifləndirmə tədbirinin önəmini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov isə ölkəmizdə hökm sürən tolerant, multikultural və həmrəylik münasibətlərinin tarixi köklərinin olduğunu, dözümlülük və dini tolerantlığın bizim həyat tərzimizi təşkil etdiyini bildirib. Q.Məmmədov həmçinin İslam dininin doğru əsaslarla təbliğ və təqdim olunmasının vacibliyini qeyd edib.
Kənd tam orta məktəbinin müəllimi Rauf Sadıqov İslam həmrəyliyinin müasir dövrün çağırışı kimi sülh və birliyə mühüm töhfə olduğunu deyib.
Lənkəran ŞİH başçısının Şağlaser kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Samid Ağayev, dini icmanın sədri Ruhulla Ruhullayev, din xadimi Mirmais İbrahimov, məktəbin müəllimi Məhəbbət Paşayeva və digərləri dini və milli-mənəvi dəyərlərin, adət-ənənələrin ölkəmizdə həmişə uca tutulduğunu diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

    08 Noyabr 2017 15:10