Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ölkəmiz İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği“ layihəsi çərçivəsində “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şöbənin əməkdaşı Seyidkamil Mirhəsənli, Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Vüqar Əliyev, Ağsu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Kamal Mirzəyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Anar Həmidov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli qeyd edib ki, Prezident cənab İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı mühüm tarixi əhəmiyyət daşıyır və həmrəyliyin yaradılmasına yönələn səmimi təşəbbüsdür.
QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov çıxışında keçirilən layihənin əhəmiyyəti, eyni zamanda milli-mənəvi və dini dəyərlər, İslamın sülh, qardaşlıq və sevgi dini olması barədə məlumat verib.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Vüqar Əliyev bildirib ki, 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə Azərbaycan böyük bir missiyanı üzərinə götürüb. Çünki ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin və vəhdətin qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və bundan sonra da verəcəkdir.
Daha sonra Ağsu RİH başçısı Aparatının nümayəndəsi Kamal Mirzəyev, DTX-nın Şamaxı regional şöbəsinin əməkdaşı Anar Həmidov dini radikalizmin fəsadları və qarşısının alınması yollarından, eləcə də İslam dininin düzgün formada gənclərə çatdırılmasının vacibliyindən bəhs ediblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ölkəmiz İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib

    08 Noyabr 2017 09:36