Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Cenevrədə Azərbaycanın mədəniyyətlərarası dialoq modelinə həsr edilmiş konfrans olub

Noyabrın 7-də BMT-nin Cenevrədəki baş qərargahında “Mədəniyyətlərarası dialoq vasitəsilə konfliktlərin qarşısının alınması: Azərbaycan modeli” adlı beynəlxalq konfrans keçirilib. Tədbir Avropa Azərbaycanlıları Cəmiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən BMT Sülh Həftəsi çərçivəsində təşkil edilib.
Konfransda çıxış edən DQİDK-nın şöbə müdiri Nicat Məmmədli Azərbaycanda cəmiyyət tərəfindən irəli sürülən dini dialoq təşəbbüslərindən, həmçinin müxtəlifliyin, mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təşviqinə yönəlmiş dövlət siyasətindən danışıb. Konfransda çıxış edən Avropa Azərbaycanlıları Cəmiyyətinin direktoru Lionel Zetter və İtaliyanın Sapienza Universitetinin professoru Daniel Vinçelli, Parlamentlərarası İttifaqın Xarici əlaqələr üzrə direktoru səfir Anda Kristina Filip, İnsan Hüquqları və Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru, səfir İdris Cəzairi münaqişələrin həllində mədəniyyətlərarası dialoqun rolundan və Azərbaycanın mədəniyyətlərarası dialoqa beynəlxalq miqyasda verdiyi töhfədən söhbət açıblar.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Cenevrədə Azərbaycanın mədəniyyətlərarası dialoq modelinə həsr edilmiş konfrans olub

    08 Noyabr 2017 10:18