Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Milli-mənəvi dəyərlər və İslam” mövzusunda tədbir təşkil olunub

Noyabrın 7-də Təhsil Nazirliyi  və  Dini Qurumlarla  İş üzrə Dövlət  Komitəsinin (DQİDK) birgə  təşkilatçılığı ilə Nizami rayonunda yerləşən 10 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.
“Milli-mənəvi dəyərlər və İslam” mövzusunda keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Amal Məlikov, Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəbin direktoru Leyla Məmmədova, müəllim və şagird kollektivi iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev “İslam Həmrəyliyi İli”nin əhəmiyyətindən danışaraq həmrəyliyin həm dini, həm də milli-mənəvi dəyər olduğunu vurğulayıb. 
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhman Hüseynov “Fitnə” filminin davamı olaraq hazırlanmış “Şəhadət” sənədli filminin gənclərin, xüsusilə də məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayacağını qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov milli-mənəvi dəyərlərimizin İslam dəyərləri ilə vəhdət təşkil etdiyini, həqiqi vətənpərvərlik və şəhadət anlayışının mahiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.  
Məktəbin direktoru Leyla Məmmədova Təhsil Nazirliyi və DQİDK-nın birgə təşkilatçılığı ilə orta məktəblərdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Milli-mənəvi dəyərlər və İslam” mövzusunda tədbir təşkil olunub

    08 Noyabr 2017 09:53