Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şirvanda “İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şirvan şəhər 18 saylı tam orta məktəbində Bayramlı qəsəbəsi “İmam Hüseyn’’ məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda maarifləndirici  tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Bayramlı qəsəbəsi "İmam Hüseyn’’ məscidi dini icmasının sədri Əzəmi Bəxtiyar və ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Bayramlı qəsəbəsi “İmam Hüseyn” məscidi dini icmasının sədri Əzəmi Bəxtiyar layihə çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanda aparılan düzgün siyasətin nəticəsidir ki, ölkəmizdə müsəlmanlarla yanaşı başqa dinlərin nümayəndələri də sülh şəraitində yaşayır.
Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsindən, müsəlman aləmində sabitliyin və sülhün bərqərar edilməsi üçün İslam həmrəyliyinin və dinlərarası dialoqun inkişaf etdirilməsindən, milli-mənəvi və dini dəyərlərimizin təbliğindən, dövlətin dinə qayğısından bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi haqqında məlumat verərək filmin milli vətənpərvərlik ruhunun gənclərə aşılanmasından, həmçinin dini ekstremizm və radikalizmə qarşı mübarizədə effektiv rol oynamasından bəhs edib.
Daha sonra isə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi gənclərə nümayiş etdirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şirvanda “İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib

    08 Noyabr 2017 09:29