Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə” adlı kitab nəşr olunub

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə” adlı kitab nəşr olunub. Kitab 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhlükəsizliyi tam təmin edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bu gününə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə  dövlətimiz tərəfindən qısa müddət ərzində kənddə aparılan bərpa və abadlıq-quruculuq işlərinə həsr olunub. Nəşrdə, eyni zamanda, Ermənistanın işğalı nəticəsində ölkəmizə, həmçinin Cəbrayıl rayonuna dəymiş maddi ziyanı özündə əks etdirən statistik rəqəmlər verilib, işğal altındakı torpaqlarımızda dağıdılmış tarixi-dini abidələrimizə diqqət çəkilib.
Nəşrdə Prezident İlham Əliyevin yenidən bərpa olunmuş Cocuq Mərcanlı kəndinə səfəri, səfər çərçivəsində açılışı olmuş və Şərq və Azərbaycan memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı məscidi, erməni vandalizminin qurbanı olmuş Şuşadakı Gövhər Ağa məscidi haqqında məlumatlar və fotoşəkillər də öz əksini tapıb.
Ön sözünün müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı olan kitabın müəllifi Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfovdur.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə” adlı kitab nəşr olunub

    27 Oktyabr 2017 16:01