Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Azərbaycan nümayəndə heyəti qədim Səmərqənd şəhərində olub

Daşkənddə keçirilən “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak edən Azərbaycan nümayəndə heyəti qədim Səmərqənd şəhərində olub.
Nümayəndə heyəti əvvəlcə Səmərqənddəki İmam Buxari məqbərəsini ziyarət edib. Qonaqlara məqbərənin tarixi haqqında məlumat verilib. Şeyxülislam və digər qonaqlar kompleksdəki məsciddə namaz qılıblar.
Sonra nümayəndə heyəti Həzrəti Xızır qəbiristanlığına gedərək Özbəkistanın birinci Prezidenti İslam Kərimovun dəfn edildiyi kompleksdə mərhumun ruhuna dualar oxuyublar. İslam Kərimovun məzarı üzərinə gül dəstələri qoyulub.
Qonaqlar Xoca Daniyar məqbərəsinə, Uluqbəy rəsədxanasına, Reqistan meydanına, Qur Əmir məqbərəsinə də baxıblar. Məlumat verilib ki, Xoca Daniyar məqbərəsinə dünyanın hər yerindən xristianlar, yəhudilər və müsəlmanlar ziyarətə gəlirlər. Bu məkana müsəlmanlar Xoca Daniyar, xristianlar Daniel, yəhudilər isə Daniil ziyarətgahı deyirlər.
Oktyabrın 22-də nümayəndə heyəti Buxara şəhərinə gedəcək.
Nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, deputat Cavanşir Paşazadə və digərləri daxildir.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Azərbaycan nümayəndə heyəti qədim Səmərqənd şəhərində olub

    21 Oktyabr 2017 10:22