Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Kürdəmirdə “Şəhadət” filmi nümayiş olunub

Oktyabrın 20-də Kürdəmir Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində “Şəhadət” filminin ictimaiyyətə nümayişi və “Sərhəddən başlanan Vətən” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, aprel şəhidlərinin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov ölkə Prezidenti cənab İlham Əliyevin aprel şəhidlərinin şücaətini yüksək qiymətləndirdiyini deyib. Dövlətin şəhid ailələrinə, o cümlədən aprel döyüşlərində şəhid olan hərbiçilərimizin ailələrinə olan dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi üçün atılan addımlardan söz açan Elxan Qafarov “Şəhadət” sənədli filminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunduğunu qeyd edib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev isə çıxışında "Şəhadət" filminin əhəmiyyətindən bəhs edərək, filmin hazırlanmasında əsas məqsədin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı onları məlumatlandırmaq olduğunu diqqətə çatdırıb.
Tədbirdə iştirak edən şəhidlərimiz – Əbu Bəkr İsmayılov və Tural Qurbanovun ailə üzvləri çıxış edərək, “Şəhadət” filminin hazırlanmasının onların övladlarına verilən böyük qiymət olduğunu bildiriblər. Şəhid ailələri Vətən uğurunda canından keçən övladları ilə fəxr etdiklərini, tezliklə işğal altında olan bütün torpaqlarımızın azad olunacağına inandıqlarını dilə gətiriblər.
Sonda Kürdəmir rayonundan olan aprel şəhidlərinin ailələrinə “Şəhadət” sənədli filminin diskləri və “Qurani-Kərim” hədiyyə olunub. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Kürdəmirdə “Şəhadət” filmi nümayiş olunub

    20 Oktyabr 2017 16:38