Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Göyçay rayonu Yeniarx kənd məscidi dini icması tərəfindən “Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi” layihəsi çərçivəsində  növbəti maarifləndirici tədbir keçirilib.
Göyçay rayon Müskürlü kənd orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, dini icmanın sədri Ağakərim Səmədov, məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeniarx kənd məscidi dini icmasının sədri Ağakərim Səmədov bildirib ki, keçirilən maarifləndirmə tədbirləri milli və dövlətçilik maraqlarımıza təhlükə törədən amillərə qarşı effektiv təsir göstərəcək.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, Azərbaycan islami dəyərlərə sahib çıxır, müasir dövrümüzün müxtəlif təbliğat vasitələri ilə İslamın terror, zorakılıq, cəhalət dini deyil, əksinə, sülh və qardaşlıq, xeyir və mərhəmət, elm və bilik dini olduğunu bütün dünyaya göstərməyə çalışır. 
Göyçay RİH başçısı Aparatının nümayəndəsi Vüsal Zöhrabov və digər natiqlər də tarixin bütün dövrlərində dünyanı inkişafa aparan əsas amillərdən birinin məhz həmrəylik olduğunu qeyd ediblər.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı ədəbiyyatlar paylanılıb. 
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

    13 Oktyabr 2017 09:23