Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam həmrəyliyi məhzəb ayrı-seçkiliyinə qarşıdır

Oktyabrın 12-də Ağcabədi rayonu “Seyid Mürsəl Ağa”  məscidi dini icmasının “İslam həmrəyliyi məhzəb ayrı-seçkiliyinə qarşıdır” adlı layihə çərçivəsində Ağcabədi Pedaqoji Kollecində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlim Qəni, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşları, Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva, Ağcabədi Pedaqoji Kollecin direktor müavini Rövşən Bayramov, müəllimlər, tələbələr və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağcabədi rayonu “Seyid Mürsəl Ağa” məscidi dini icmasının sədri Zeynəb Quliyeva mövzunun əhəmiyyətindən danışıb. O, həmçinin qeyd edib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi mühüm əhəmiyyətə malikdir. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlim Qəni bildirib ki, ölkəmiz İslam mədəniyyətinə, elminə böyük töhfələr verib. Əsrlərboyu dünya mədəniyyətinə və elminə misilsiz töhfələr vermiş müsəlmanlar, təəssüf ki, bu gün məzhəb ayrı-seçkiliyi, dini radikalizm, ekstremizm və terror kimi ciddi problemlərlə qarşılaşırlar. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, İslam həmrəyliyinə öz töhfələrini verir. Natiq onu da vurğulayıb ki, Azərbaycan bütün imkanlarını təkcə özünün yox, din qardaşlarının, dünya dövlətlərinin və xalqlarının mənafeyi üçün istifadə edir. Ölkəmiz sülh, sabitlik və dialoq məkanı kimi qəbul olunmaqdadır
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi müsəlman ölkələri arasında iqtisadi, siyasi, psixoloji, mənəvi sahələrdə özünüqoruma və müqavimət hissinin gücləndirilməsi naminə edilən qlobal çağırışdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov qeyd edib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycan Prezidentinin İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn son dərəcə müdrik və səmimi təşəbbüsüdür.
Tədbirdə çıxış edən Kollecin direktor müavini Rövşən Bayramov və başqaları bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam həmrəyliyi məhzəb ayrı-seçkiliyinə qarşıdır

    12 Oktyabr 2017 17:50