Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qaxda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunada seminar - müşavirə keçirilib

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qax rayonunda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunada seminar-müşavirə keçirilib.
Dini icma sədrləri, din xadimləri, eyni zamanda ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Heydərova açaraq rayonda mövcud olan tolerant durum barədə məlumat verib. Tarixdən bu günə qədər gəlib çatan bu tolerant dini mühitin qorunub saxlanılmasına diqqət çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, zamanın sınağından uğurla çıxmış və digər ölkələrin timsalında öz mükəmməlliyini, bənzərsizliyini davamlı olaraq göstərən dövlətin din siyasəti ölkədə ictimai sabitliyin, dini etimad mühitinin, məzhəblərarası sağlam əməkdaşlığın əsas rəhnidir. Ölkəmizdə dinlə bağlı düzgün dövlət siyasətinin formalaşması, dini maarifçiliyin yüksək səviyyədə təşəkkül tapması vətəndaşlarımızın dini şüur səviyyəsini, İslama doğru yanaşmasını və baxışını təkmilləşdirib. Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan "İslam Həmrəyliyi İli"nin önəminə toxunan Səyyad Salahlı vurğulayıb ki, Azərbaycan müsəlman ölkələri içərisində müasir inkişaf xətti ilə seçilib. Son onillikdə müsəlman dünyasında baş verən ziddiyyətlər, savaşlar, terrorçu qruplaşmaların dövlətləri ələ keçirmələri kimi proseslər fonunda Azərbaycan artıq İslam platformasının ən müasir, sabit ölkəsinə çevrilib, eyni zamanda, ölkəmizdə təriqətlərarası sülh və etimad mühiti etibarlı qorunur.
QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov çıxış edərək qeyd edib ki, İslam vəhdət dinidir. Bu dində fitnə-fəsada, kinə, ədavətə yer yoxdur. Azərbaycan dindarları həmişə öz həmrəyliyi ilə seçilib və bu işdə dünya müsəlmanlarına nümunə olublar.
Qax rayonu Qaşqaçay kənd məscidinin imamı Əliyar Mahmudov isə çıxışında İslam həmrəyliyinin inkişaf etdirilməsində dini icmaların üzərinə düşən vəzifələrdən danışıb.
Seminar-müşavirə  iştirakçıları  maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qaxda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunada seminar - müşavirə keçirilib

    12 Oktyabr 2017 18:02