Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qobustanda “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir baş tutub

Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qobustan rayonu Təklə Mirzəbaba kənd məscidi dini icmasının “İslam həmrəyliyi sülh və birlik nümunəsidir” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qobustan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, RİH başçısının Təklə Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Baxşəli Baxşəliyev, Təklə Mirzəbaba kənd orta məktəbinin direktoru Vüsal Şıxaliyev, dini icmanın sədri Elman Qayıbov, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlarda layihə çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açılaraq, gənclərimizi milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq ruhunda tərbiyələndirilməsində, onların radikalizmə qarşı mübarizəyə istiqamətlənməsində ictimaiyyət nümayəndələrinin də üzərinə böyük vəzifələr düşdüyü bildirilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qobustanda “Milli-mənəvi dəyərlərimiz və gənclik” adlı maarifləndirici tədbir baş tutub

    12 Oktyabr 2017 17:33