Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dini məlumatsızlıq xurafat və mövhumata zəmin hazırlayır

Oktyabrın 12-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Neftçala rayonu 1 saylı Mayak kəndi İmam Əli məscidi dini icmasi tərəfindən “İslamda həmrəliyin və tolerantlığın əhəmiyyəti”  layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, aparıcı məsləhətçisi Yusif Yusifli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, Neftçala rayonu 1 saylı Mayak kəndi İmam Əli məscidi dini icmasinın sədri Rəşad Muxtarov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov bildirib ki, dini məlumatsızlıq xurafat və mövhumata zəmin hazırlayır, ona görə də dindarlar arasında bu cür tədbirlərin keçirilməsi zəruridir. O, İslam dininin humanizm və tolerantlıq kimi nəcib ideyalar aşıladığını, insanlara dostluq, qardaşlıq, sülh yolu göstərdiyini diqqətə çatdırıb, milli-mənəvi dəyərlərimizin qorunmasının, həmçinin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin tolerant dəyərlərə yüksək önəm verməsinin sübutudur.
Daha sonraNeftçala rayonu 1 saylı Mayak kəndi İmam Əli məscidi dini icmasinın sədri Rəşad Muxtarov, Neftçala rayon icra hakimiyyəti dini işlər üzrə təşkilatçısı Vasif Əliyev, QMİ-nin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dini məlumatsızlıq xurafat və mövhumata zəmin hazırlayır

    12 Oktyabr 2017 17:28