Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şabranda dini maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 12-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi və Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının təşkilatçılığı ilə Şahnəzərli kənd tam orta məktəbində “Milli-mənəvi və dini dəyərlərin qorunmasında birgə yaşayışın və həmrəyliyin rolu” adlı layihə çərçivəsində  növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Aynurə Cəfərova, Komitənin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Şahnəzərli kənd tam orta məktəbinin direktoru Finurə Ələsgərova, Şabran rayonu Dağbilici kənd məscidi dini icmasının sədri Şöhrət Babayev və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şabran RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov bildirib ki, dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin müsbət təsiri artıq hiss edilməkdədir. Sevindirici haldır ki, yeniyetmə və gənclər arasında qeyri-ənənəvi təriqətlərin təbliğatçılarının ardınca gedənlər artıq yoxdur.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Aynurə Cəfərova tədbirdə geniş məruzə ilə çıxış edib. O, Azərbaycanda mövcud olan həmrəylik prinsiplərinin tarixi köklərə söykəndiyini diqqətə çatdıraraq bildirib ki, gənc nəsil bu prinsiplərin qorunub saxlanılmasında və inkişaf etdirilməsində əsas faktorlardan biridir. Ona görə də gənclər Azərbaycan xalqının tarixini dərindən öyrənməli, uzun əsrlərdir mövcud olan həmrəyliyi və vəhdəti gələcək nəsillərə ötürməlidirlər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bilidirib ki, ölkə miqyasında dini maarifləndirmə tədbirlərinin həyata keçirilməsi artıq ənənə halını alıb. Radikalizmə meyillənmə halları azalıb, qeyri-ənənəvi təriqətlər əvvəlki kimi təbliğat apara bilmir və iflasa uğrayırlar.
Şabran rayonu Şahnəzərli kənd tam orta məktəbinin direktoru Finurə Ələsgərova da öz çıxışında dövlət – din münasibətlərinə toxunub, bu sahədə məktəblərdə həyata keçirilən tədbirlərdən danışıb. O, bildirib ki, rəhbərlik etdiyi məktəbdə mütəmadi olaraq şagirdlərə dini maarifləndirmə sahəsində biliklər aşılanır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şabranda dini maarifləndirmə tədbiri keçirilib

    12 Oktyabr 2017 17:12