Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam dini milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir

Oktyabrın 12-də Masallı rayonu Ağakişibəyli kəndi “Şeyx Həsən” məscidi dini icmasının “İslamda multikultural dəyərlər və tolerantlıq ənənələri” adlı layihəsi çərçivəsində Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbində “İslam həmrəyliyi Azərbaycanın zəfəridir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin direktoru Gülcan Kərimova, Ağakişibəyli kəndi “Şeyx Həsən” məscidi dini icmasının sədri Səyavuş Quliyev, ziyalılar, gənclər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta məktəbinin direktor müavini Xeyrulla İslamov mövzunun əhəmiyyətindən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov bildirib ki, İslam meydana gəldiyi dövrdən etibarən Azərbaycanda yayılmağa başlayıb və bu din ölkəmizin mədəniyyətinin formalaşmasına təsir göstərib. R.Qurbanov daha sonra qeyd edib ki, Azərbaycanın 14 əsrlik mədəni yüksəlişini, elmi nailiyyətini və mənəviyyatını İslamsız təsəvvür etmək mümkün deyil.
Daha sonra çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov vurğulayıb ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. Ölkəmiz müsəlman intibahının oyanışının bərqərar olmasında mühüm rol oynayıb.
İlahiyyatçı Sərdar Ağababayev, kənd ağsaqqalı Əyyar Zeynalov və başqaları çıxışlarında İslam həmrəyliyinin müsəlman ölkələrinə verdiyi töhfələrdən söhbət açıblar. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam dini milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir

    12 Oktyabr 2017 15:17