Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Azərbaycanda tolerantlığın tarixi kökləri” mövzusunda tədbir keçirilib

Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Gədəbəy şəhəri  “Cümə” məscidi dini icmasının  “İslamın mənəvi və əxlaqi dəyərlərinin gənclərə aşılanması” layihəsi çərçivəsində “Azərbaycanda tolerantlığın tarixi kökləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşları Pərvin Zeynalov və Vüqar Əliyev, Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gədəbəy RİH başçısı Aparatının nümayəndəsi Qədir Bağırov rayondakı dini durum, dövlət və din münasibətləri barədə ətraflı məlumat verib. 
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev qeyd edib ki, ölkədə dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.
Daha sonra çıxış edən dini icma sədri Rövşən Mustafayev dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib,  müqəddəs Qurani-Kərimdən  ayələr  sitat gətirərək İslamda tolerantlığa və həmrəyliyə verilən əhəmiyyətdən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Azərbaycanda tolerantlığın tarixi kökləri” mövzusunda tədbir keçirilib

    11 Oktyabr 2017 18:03