Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam dini xurafata və mövhumata qarşıdır

Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Balakən rayonu Katex kənd “Mərkəzi” məscidi dini icması tərəfindən keçirilən “İslam dini xurafata və mövhumata qarşıdır” layihəsi çərçivəsində “Gənc nəsli sağlam milli-mənəvi ruhda tərbiyə etməyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın əməkdaşları Tərxan Paşazadə, Sərxan Tahirzadə, Balakən Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Katex kənd “Mərkəzi” məscidi dini icmasının sədri Ramazan Babayev və məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən RİH başçısı Aparatının nümayəndəsi Fariz Nəcəfov milli-mənəvi dəyərlərin əhəmiyyətindən danışıb, bu dəyərləri qorumağın vacibliyini qeyd edib.
DQİDK-nın əməkdaşı Tərxan Paşazadə müxtəlif dinlərdə mövcud olan xurafat və batil inanclardan söz açıb, bir sıra nümunələr gətirərək onların elmi-dini əsaslarının olmadığını qeyd edib. Natiq bildirib ki, məhz bu anlayışların son nəticədə radikallığa və dini ekstremizmə yol açmasının təhlükəli fəsadlarla yekunlaşması sabit cəmiyyətdə stabilliyə böyük zərbədir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə çıxışında təhsilin əhəmiyyətindən söz açıb, təhsilsiz cəmiyyətin xurafata yol açdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam dini xurafata və mövhumata qarşıdır

    11 Oktyabr 2017 17:48