Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağcabədidə “İslam həmrəyliyi dövrün tələbidir” mövzusunda tədbir keçirilib

Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icması tərəfindən Şahsevən Təzəkənd kənd tam orta məktəbində “İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Ağcabədi RİH başçısının Şahsevən Təzəkənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Cahangir Mirzəyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini icma sədri Süleyman Ağayev bildirib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi Prezident cənab İlham Əliyev tərəfindən atılmış müdrik, düşünülmüş və uzaqgörən addımdır.
Ağcabədi RİH başçısı Aparatının nümayəndəsi Təyyar Hacıyev qeyd edib ki, 2017-ci ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılmasına öz töhfəsini verəcək. Bildirib ki, İslam dünyasında böyük nüfuza malik olan, çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoq məkanına çevrilib.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə bildirib ki, “İslam Həmrəyliyi İli” bütün İslam aləminə həmrəylik, dinlər və məzhəblər arasında dialoq qurmaq çağırışıdır. O vurğulayıb ki, İslam həmrəyliyi təkcə bizim dövlətimiz üçün deyil, həm də digər müsəlman dövlətlərinin ehtiyacı olduğu bir ideyadır.
Mövzu ilə bağlı çıxış edən RİH başçısının Şahsevən Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahangir Mirzəyev Azərbaycanda bütün dinlərə eyni münasibət göstərildiyini, İslamın sülh və əmin-amanlıq dini və müharibəyə qarşı olduğunu bildirib.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ağcabədidə “İslam həmrəyliyi dövrün tələbidir” mövzusunda tədbir keçirilib

    11 Oktyabr 2017 17:05