Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Saatlı rayonunda gənclər arasında maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 11-də Saatlı rayonu Fətəlikənd kənd “Cümə” məscidi dini icmasında “Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” layihəsi çərçivəsində Gənclər arasında erkən nikah, dini radikalizm və digər zərərli vərdişlərə qarşı mübarizə”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin böyük məsləhətçisi  Orxan  Maşayev,  DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov,   Saatlı rayonu Fətəlikənd “Cümə” məscidi dini icmasının sədri Əmir Əliyev, Saatlı rayonu A.Çaxoyev adına Fətəlikənd kənd tam orta məktəbin direktor müavini Usman Aslanov, Saatlı Rayon İcra Hakimiyyəti başçısının Fətəlikənd inzibati ərazi dairəsi üzrə nümayəndə əvəzi Elşən Rəhmanov, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə  Saatlı rayonu Fətəlikənd “Cümə” məscidi dini icmasının sədri Əmir Əliyev açaraq mütəmadi keçirilən maarifləndirici tədbirlərin  gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırdığını,  gənclərdə narkomanliyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmağını,  radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıdığıını vurğulayıb.    
DQİDK-nın əməkdaşı Orxan Maşayev çıxışında gənclərimizə  zərərli vərdişlərin fəsadlarından bəhs edib, dini radikalizmdən uzaq olmağı, elmli, təhsilli, vətənpərvər və sağlam həyat tərzi keçirməyi tövsiyə edib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov dini radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Bu cür bəlalarla mübarizədə müəllimlərin və valideynlərin, həmçinin,  ictimai qınağın önəmini diqqətə çatdırıb.
Saatlı rayon Fətəlikənd kənd  tam orta məktəbin direktor müavini Usman Aslanov cəmiyyətdə zərərli vərdişlərin və erkən nikahların qaşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü qeyd edib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Saatlı rayonunda gənclər arasında maarifləndirmə tədbiri keçirilib

    11 Oktyabr 2017 16:48