Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam prinsiplərində radikalizm və ekstremizm elementləri yoxdur

Oktyabrın 11-də Ağdaş rayon Qəribli kənd məscidi dini icmasının“İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” layihəsi çərçivəsində Qəribli kənd tam orta məktəbində “Dini radikalizmin və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Anar Məcidzadə, Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Rahib İbrahimov və Tural Ələkbərov, Qəribli kənd məscidi dini icmasının sədri Daşqın Məmmədov, kənd tam orta məktəbinin direktoru Pünhan Balakişiyev və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qəribli kənd tam orta məktəbinin direktoru Pünhan Balakişiyev mövzunun əhəmiyyətindən danışıb.Natiq həmçinin, milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə təşəkkürünü bildirib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Tural Ələkbərov və Rahib İbrahimov qeyd ediblər ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir. Natiqlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmlə mübarizə istiqamətində silsilə tədbirlərin keçirildiyini də bildiriblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anar Məcidzadə çıxışında radikal dini cərəyanların yaranması, təbliğat metodları haqqında geniş məlumat verərək, radikalizmlə mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib. İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu vurğulayan DQİDK əməkdaşı eyni zamanda diqqətə çatdırıb ki, İslam prinsiplərində radikalizm və ekstremizm elementləri yoxdur.
Ölkəmizdəki bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük nümayiş olunduğunu, həmçinin, Prezident İlham Əliyev tərəfindən dinimizə diqqət və qayğı göstərildiyini qeyd edən A. Məcidzadə bildirib ki, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızdakı tolerantlıq dəyərlərinin qorunaraq təbliğ edilməsi sahəsindəki fəaliyyəti də xüsusi vurğulanmalıdır.
Daha sonra çıxış edən Qəribli kənd məscidi dini icmasının sədri Daşqın Məmmədov, məktəb müəllimi Kamran Seyidov və başqaları DQİDK-nın dini maarifləndirmə istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam prinsiplərində radikalizm və ekstremizm elementləri yoxdur

    11 Oktyabr 2017 14:10