Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Şəki İslam Kollecində “Şəhadət” filmi nümayiş olunub

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Şəki İslam Kollecində Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” filminin nümayişi olub.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, din xadimləri, dini icma sədrləri və kollecin müəllimləri iştirak ediblər.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxışında bildirib ki, bütün dövrlərdə yer üzündə müharibələr gedib. Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda zaman-zaman xalqımızın igid oğulları öz canlarını qurban verib və şəhidlik zirvəsinə ucalıblar.
Təəssüflər olsun ki, son zamanlar dünyada meydana gələn dini radikalizm, dini ekstremizm kimi mənfi meyillər Azərbaycandan da yan keçməyib. Radikal dini təriqətlərin təsiri altına düşən insanlar ailələrini, doğma torpaqlarını ataraq silahlı münaqişələrə qoşulub və əksəriyyəti də və məhv olublar.
Son bir neçə ildə dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi böyük əhəmiyyətə malikdir.
Daha sonra “Şəhadət” filmi nümayiş olunub.
Sonda QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov film haqqında öz fikirlərini söyləyib, filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Şəki İslam Kollecində “Şəhadət” filmi nümayiş olunub

    11 Oktyabr 2017 09:03