Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Hacıqabulda maarifləndirici tədbir təşkil olunub

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Hacıqabul rayonu Abdulabad kənd “Cümə” məscidi dini icmasının “İslamda həmrəyliyin əhəmiyyəti”  layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev,  Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Şıxaliyev, Abdulabad kənd “Cümə” məscidi dini icmasının sədri Həsrət Şıxaliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Mürşüd Rzayev tolerantlıq və dini dözümlülüyün Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğunu deyib, müxtəlif xalqlar, etnik qruplar arasında olan mehribanlıq, qarşılıqlı hörmət və bərabərliyin bu gün də davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin ölkəmizdə mövcud olan bu mühitin digər ölkələr üçün nümunə olduğunu qeyd edib.
Hacıqabul RİH başçısı Aparatının nümayəndəsi Elvin Şıxalıyev məruzə ilə çıxış edərək keçirilən tədbirin əhəmiyyəti barədə danışıb, dövlətin dinə qayğısını və milli-mənəvi, eləcə də tolerant və multikultural dəyərlərin təbliği işini yüksək qiymətləndirib.
Daha sonra çıxış edən dini icma sədri Həsrət Şıxaliyev dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib,  müqəddəs Qurani-Kərimdən  ayələr  sitat gətirərək İslamda tolerantlığa və həmrəyliyə verilən əhəmiyyətdən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Hacıqabulda maarifləndirici tədbir təşkil olunub

    11 Oktyabr 2017 12:05