Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağstafada “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” layihəsi çərcivəsində növbəti tədbir keçirilib

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağstafa rayonu İmam Əli adına “Cümə” məscidi dini icmasının “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” layihəsi çərcivəsində “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev və Pərvin Zeynalov, Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısı Aparatının nümayəndəsi Əziz Məsmalıyev rayondakı dini durum, dövlət və din münasibətləri barədə ətraflı məlumat verib.        
Daha sonra çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı  Vüqar Əliyev müasir dövrdə İslam dünyasının daha çox həmrəyliyə və vəhdətə ehtiyacı olduğunu söyləyib, eyni zamanda, ölkəmizin bu sahədə müsəlman dünyası ilə əməkdaşlığının perspektivlərindən və ölkə başçısının İslam dini abidələrinə, din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı  Pərvin Zeynalov həyata keçirilən tədbirlərin və layihələrin əsas məqsədinin yeniyetmə və gənclər arasında dini maarifləndirmə işinin aparılması olduğunu vurğulayıb.
Digər çıxışlarda isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təminatı istiqamətində bütün zəruri addımların atıldığı qeyd olunub.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ağstafada “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” layihəsi çərcivəsində növbəti tədbir keçirilib

    11 Oktyabr 2017 11:45