Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağsuda dini maarifləndirmə tədbiri təşkil olunub

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği“ layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyidkamil Mirhəsənli, Ağsu Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı gənclər arasında maarifləndirmə işinin aparılmasının vacibliyi, milli-mənəvi dəyərlərimizin təbliği fonunda dini maarifləndirmənin ən effektiv vasitə olması barədə geniş söhbət açılıb. Bildirilib ki, gənclərimizi milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ruhunda tərbiyə edilməsində, onların radikalizmə qarşı mübarizəyə istiqamətləndirilməsində ziyalıların, ağsaqqalların da üzərinə böyük vəzifə düşür.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ağsuda dini maarifləndirmə tədbiri təşkil olunub

    11 Oktyabr 2017 10:53