Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Ağdaşda “İslam həmrəyliyi və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş şəhər Hacı Osman məscidi dini icması tərəfindən “İslam Həmrəyliyi İli: Sülh və həmrəyliyə aparan yol - dialoq” layihəsi çərçivəsində “İslam həmrəyliyi və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Tural Ələkbərov, Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş rayon Ağsaqqallar şurasının sədri Rafiq Nəbiyev, Hacı Osman məscidi dini icmasının sədri Vasib Əhmədov, eləcə də din xadimləri, dindarlar və gənclər iştrak ediblər.
Dini icma sədri Vasib Əhmədov dini icmaya verilmiş layihə barədə məlumat verib və xalqımızın tarixən qoruyub saxladığı milli-mənəvi dəyərlərinin bu cür layihələr vasitəsilə təbliğinin əhəmiyyətini  qeyd edib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Prezident cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən DQİDK-nın dəstəyi ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti və nəticələri barədə danışıb. Bununla yanaşı, tarixin bütün dövrlərində, o cümlədən müasir dünyamızda müsəlman dünyasının ehtiyac duyduğu İslam həmrəyliyinin Azərbaycanda tarixən mövcud olduğunu və hazırda dünyaya uğurla təbliğ edildiyini  vurğulayıb. 
Mövzu ilə bağlı Ağdaş RİH başçısı Aparatının nümayəndəsi Səbuhi Musayev və başqaları çıxış ediblər.
Çıxış edən natiqlər tolerantlıq, multikulturalizm və İslam həmrəyliyinin Azərbaycan modelinin hazırda dünyada nümunə kimi qəbul edilməsindən bəhs edib, bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə məlumat veriblər. 
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Ağdaşda “İslam həmrəyliyi və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib

    10 Oktyabr 2017 17:23