Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam dini milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir

Oktyabrın 10-da Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının “Azərbaycanda İslam həmrəyliyi: milli-mənəvi dəyər kimi” adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə, Komitənin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qusar Rayon İcra Hakimiyyəti başçısının Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Saruxanov, Hil kənd tam orta məktəbinin direktoru Abdurza Məmmədrzayev, Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov və kənd ictimaiyyətinin nümayənədləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəb direktoru Abdurza Məmmədrzayev qeyd edib ki, ölkədə dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, dini radikalizmə meyillnmə halları yoxdur. 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev çıxış edərək bildirib ki, gənclər və yeniyetmələr arasında düzgün dini biliklərin aşılanması vacib şərtlərdəndir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə tədbirdə geniş məruzə ilə çıxış edib. O, Azərbaycanda mövcud olan ənənəvi İslam dininin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu diqqətə çatdıraraq qeyd edib ki, gənc nəsil bu sahədə olduqca diqqətli olmalıdır. Natiq xüsusi olaraq vurğulayıb ki, 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması da milli-mənəvi dəyərlərimizin qorunması, ənənəvi İslam dininin mütərəqqiliyinin saxlanılması və eyni zamanda, dini problemlərin ağuşunda əziyyət çəkən dünyaya Azərbaycanın həmrəylik modelinin çatdırılmasıdır.
Tədbirdə çıxış edən Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının sədri Fəryaddin Rəhimxanov və digər natiqlər dövlətin dinə və dindarlara qayğısından danışıblar.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam dini milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir

    10 Oktyabr 2017 16:58