Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşıdır

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara rayonu Kijəbə qəsəbə məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşı” adlı layihə çərçivəsində Lovayın kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev, bələdiyyə sədri Ağadadaş Qənbərov, dini icma sədri Ələkbər İsayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov ölkəmizdə mövcud olan həmrəylik münasibətlərindən, tolerant və multikultural dəyərlərdən geniş bəhs edib. Q.Məmmədov İslam həmrəyliyinin məzhəblərarası münasibətlərə və dialoqa töhfə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında İslam dininin sülh, mərhəmət və həmrəylik  ideyaları ilə zəngin olduğunu, insanları bərabərliyə çağırdığını qeyd edib.
Astara RİH başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahin Əmənullayev, Bələdiyyə sədri Ağadadaş Qənbərov, dini icma sədri Ələkbər İsayev və kənd sakini Mahir Şəkərov çıxışlarında ölkəmizdə milli və dini dəyərlərin qorunub saxlanıldığını, digər dinlərin və millətlərin nümayəndələrinə münasibətdə tolerantlıq və həmrəyliyin hökm sürdüyünü vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşıdır

    10 Oktyabr 2017 16:10