Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“Radikalizm və ekstremizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəsətəyi ilə Cəlilabad rayonu Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icmasının “İslam həmrəyliyi radikalizmə qarşı mübarizədə vasitə kimi” layihəsi çərçivəsində “Radikalizm və ekstremizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın  Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və şöbənin əməkdaşı Tural Şahmarov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, Zərbiəlli kəndi “İmam Hüseyn” məscidi dini icmasının sədri Rafail Bəşirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Cəlilabad RİH başçısı Aparatının nümayəndəsi Loğman Hüseynov radikalizm və ekstremizmin fəsadlarından, gənc nəslin onlarla mübarizə yollarından söhbət açıb. L.Hüseynov bildirib ki, ölkəmizdə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-dini dözümlülük eləcədə gənclərin zərərli vərdişlərə səfərbər olması mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov qeyd edib ki,dini radikalizim hər hansı dinin üstünlüyünü, xüsusi imtiyaza malik olduğunu təbliğ edərək digər etiqadın ardıcıllarına qarşı dözümsüz münasibət göstərən ifratçı sosial-dini fenomendir. Daha sonra natiq dini radikalizmin tarixindən söhbət açaraq vurğulayıb ki,günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov isə öz çıxışında radikalizmin dinimiz üçün mövcud bəlalarından və ona qarşı mübarizə yollarından danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “Radikalizm və ekstremizmə qarşı mübarizədə dini icmaların rolu” mövzusunda tədbir keçirilib

    10 Oktyabr 2017 15:36