Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam dini sülh, həmrəylik və vəhdət dinidir

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəsətəyi ilə Şəki rayonu Aydınbulaq kənd  “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının həyata keçirdiyi “İslam dini sülh, həmrəylik və vəhdət dinidir” layihəsi çərçivəsində Əlyar kənd  tam orta məktəbində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və aparıcı məsləhətçisi Elvin Qarayev, Aydınbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Vəliyev, Şəki şəhər Məkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Aydınbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının sədri Nadir Primov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki şəhər icra başçısının Aydınbulaq kənd ərazi dairəsi üzrə nümayəndəsi Elçin Vəliyev mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dini radikalizm, İslam həmrəyliyi, milli-mənəvi dəyərlərin qorunması məsələlərinə toxunaraq qeyd edib ki, din sahəsində problemlərin aradan qaldırılmasında, sağlam dini mühitin formalaşdırılmasında ən mühüm addımlardan biri də məhz düzgün maarifləndirmə tədbirlərinin aparılmasıdır. 
Şəki şəhər Məkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov tədbirdə çıxış edərək dövlətin dinə və dindarlara qayğısının yüksək səviyyədə olduğunu qeyd edib.
Aydınbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının sədri Nadir Pirimov isə gənclərin dini sahədə maariflənməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, gənclərimiz dini bilgiləri yalnız sağlam mənbələrdən əldə etməlidirlər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
     
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam dini sülh, həmrəylik və vəhdət dinidir

    09 Oktyabr 2017 17:20