Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“İslamda həmrəy dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib

Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şirvan şəhər Bayramlı qəsəbəsi İmam Hüseyn məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində “İslamda həmrəy dəyərlər”  mövzusunda maarifləndirici  tədbir  keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, Bayramlı qəsəbəsi İmam Hüseyn məscidi dini icmasının sədri Əzəmi Bəxtiyar, Şirvan Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Bayramlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz  Mirzəyev və ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Əzəmi Bəxtiyar layihə çərçivəsində keçrilən tədbirlərin əhəmiyyətindən  danışıb, bu tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb.
Şirvan ŞİH başçısı Aparatının nümayəndəsi Adəm Hüseynov bildirib ki, aparılan düzgün siyasətin  nəticəsidir ki, ölkəmizdə müsəlmanlarla yanaşı, başqa dinlərin nümayəndələri də mehriban yaşayır, milli, dini, irqi zəmində neqativ hadisələr baş vermir.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov ölkəmizdə mövcud dini durum, dövlət-din münasibətləri, eləcə də dövlətin dinə qayğısından bəhs edib. O, ölkəmizdə məzhəb ayrı-seçkiliyinin olmadığını, insanların mehriban şəraitdə yaşadığını, İslam dininin tolerant din olduğunu və insanları vəhdətə və birliyə çağırdığını dinləyicilərin  nəzərinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “İslamda həmrəy dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib

    09 Oktyabr 2017 16:26