Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Masallıda “İslam həmrəyliyi və tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib

Oktyabrın 9-da Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Masallı rayonu Rəhim Tağıyev adına Tarix-Diyarşunaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağrov, Ayıq Səmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və muzeyin əməkdaşları, Masallı Regional Dövlət Kollecinin tələbələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva qeyd edib ki, dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.
Əlvan Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin müəllimi Cəsarət Həmidov məruzəsində İslam tarixinə nəzər salaraq Ulu Öndərimiz Heydər Əliyevin İslam həmrəyliyinə verdiyi önəmi diqqətə çəkib.
 DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov  bildirib ki, bu gün İslam ölkələrində baş verən hadisələr, onların qarşısında duran çağırışlar bu ölkələrin həmrəyliyini aktual məsələyə çevirir. Bu baxımdan cənab Prezidentimizin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli”  elan etməsi zamanın bu çağırışlarına cavab verən çox əhəmiyyətli və mühüm addım idi. 
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov və Ayıq Səmədov mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda DQİDK-nın sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.  

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Masallıda “İslam həmrəyliyi və tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib

    09 Oktyabr 2017 15:13