Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Bögələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Aydıbulaq kənd  “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının həyata keçirdiyi “İslam dini sülh, həmrəylik və vəhdət dinidir” layihəsi çərçivəsində Şirinbulaq kənd ümumi orta məktəbində  maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Aydıbulaq kənd “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının sədri Nadir Primov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev qeyri-ənənəvi dini cərəyanlar, dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verib. Şöbə müdiri qeyd edib ki, radikal dini ideyaların yayılmasının qarşısının alınmasında məqsədyönlü maarifləndirmə işinin aparılması, yetişməkdə olan gənc nəslə milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun düzgün şəkildə aşılanması vacibdir.
Daha sonra Şəki şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov bildirib ki, humanitar fənləri tədris edən müəllimlər dərslərdə müəyyən mövzuları dini radikalizmlə əlaqələndirib onun fəsadlarını şagirdlərə çatdırmalıdırlar.
Şəki şəhər Mərkəzi Cümə Məscidinin imamı Əlyəsə Əslanov və “Hacı Mir Ələkbərağa” məscidi dini icmasının sədri Nadir Primov mövzu ilə bağlı öz fikirlərini söyləyiblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Bögələrdə maarifləndirmə tədbirləri davam etdirilir

    13 Sentyabr 2017 15:15