Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Maarifləndirmə tədbirləri davam etdirilir

Sentyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lerik rayonu Ləmərüd kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam sülhə və həmrəyliyə aparan yoldur” layihəsi çərçivəsində  Ləmərüd kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı A.Həsənov tarixən Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin birgə və qarşılıqlı hörmət şəraitində yaşadığını, bu gün də bu  müsbət ənənənin davam və inkişaf etdirildiyini qeyd edib.
Ləmərüd kənd məscidi dini icmasının üzvləri İdrət Qurbanov, Nəsrəddin Hüseynov və başqaları çıxışlarında  layihə haqqında müsbət fikirlərini bildirərək, İslam həmrəyliyinin təbliğinin və genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Maarifləndirmə tədbirləri davam etdirilir

    13 Sentyabr 2017 16:21