Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam dini sülh və dostluq dinidir

Sentyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş rayon Qəribli kənd məscidi dini icmasının “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” layihəsi çərçivəsində “İslam həmrəyliyi və onun verdiyi töhfələr” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Tural Ələkbərov və Fuad Şirinov, Qəribli kənd məscidi dini icmasının sədri Daşqın Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Daşqın Məmmədov bildirib ki, xalqımız malik olduğu milli-mənəvi dəyərləri tarixboyu inkişaf etdirərək, dövrümüzədək gətirib çıxarıb. O, həmçinin hal-hazırda həm milli-mənəvi dəyərlərimizin, həm  də dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modelinin formalaşmasından bəhs edib.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev deyib ki, Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi və bununla bağlı keçirilən genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan dünyada İslam həmrəyliyi təşəbbüsünün fəallarından birinə çevrilib, ölkəmizdəki İslam həmrəyliyi mühiti beynəlxalq konfranslarda və nüfuzlu təşkilatlarda yüksək qiymətləndirilib. Bununla yanaşı, N.Əfəndiyev İslam həməyliyi ideyalarının təbliğinin artırılması istiqamətində dini icmaları, din xadimlərini və dindarları daha aktiv fəaliyyyət göstərməyə çağırıb.
Mövzu ilə bağlı çıxış edən edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov İslam dininin sülh və dostluq dini olduğunu vurğulayıb, islami dəyərlərin əsas qayəsinin dözümlülük, həmrəylik və qarşılıqlı hörmət təşkil etdiyini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam dini sülh və dostluq dinidir

    13 Sentyabr 2017 14:58