Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslam humanizm və həmrəylik dinidir

Sentyabrın 12-də Astara şəhəri “Qum” məscidi dini icmasının həyata keçirdiyi “İslam humanizm və həmrəylik dinidir” layihəsi çərçivəsində Astara rayon Şiyəkəran kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, Astara Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elşad Məcidov, bələdiyyə sədri Firuz Nəcəfov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında əsrlərboyu Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşadığını bildirib.  Q.Məmmədov dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin  əhəmiyyətini vurğulayıb.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov çıxışında ölkəmizdə əmin-amanlıq, həmrəylik, dini və milli tolerantlığın hökm sürdüyünü qeyd edib.
Astara Rayon İcra Hakimiyyəti başçısının Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elşad Məcidov, bələdiyyə sədri Firuz Nəcəfov və başqaları çıxışlarında  dövlət-din münasibətlərinin uğurlu inkişafından bəhs edib, keçirilən tədbirləri dövlətin bu sahəyə ayırdığı diqqət və qayğı kimi yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslam humanizm və həmrəylik dinidir

    12 Sentyabr 2017 17:29