Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Qubada “Sülh aylığı” çərçivəsində növbəti tədbir baş tutub

Sentyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Quba Regional Mərkəzinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sülh aylığı”na həsr olunmuş “Azərbaycanda sülh və həmrəylik” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov və dindarlar iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev məruzəsində qeyd edib ki, ölkə rəhbərliyinin müvafiq Sərəncamına uyğun olaraq hər il avqust və sentyabr aylarında “Sülh aylığı” adı altında müxtəlif formatlı tədbirlər həyata keçirilir. Dövlət Komitəsi də bu baxımdan öz profilinə uyğun şəkildə maarifləndirmə işi aparmaqdadır. Belə ki, Komitənin bölgə şöbəsinin tədbirlər planına uyğun olaraq dislokasiyaya daxil olan rayonlarda müxtəlif səpkili tədbirlər həyata keçirilib.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov ölkədə sülhün qorunub saxlanması sahəsində dövlətin atdığı addımlardan və həyata keçirilən tədbirlərdən bəhs edib.
Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışında “Sülh aylığı”nın keçirilməsində əsas hədəf və məqsədlərdən danışıb.
QMİ-nin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov çıxışında vurğulayıb ki, Azərbaycanda mövcud olan ənənəvi İslam dininin əsasını sülh və humanizm təşkil edir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Qubada “Sülh aylığı” çərçivəsində növbəti tədbir baş tutub

    12 Sentyabr 2017 17:13