Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İslamın milli-mənəvi dəyərlər sistemimizdə özünəməxsus yeri var

Sentyabrın 12-də Lənkəran rayonu Bəlləbur kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülh və birliyə töhfə kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Bəlləbur kənd məscidi dini icmasının sədri Sabir Cəfərov, Bəlləbur kənd tam orta məktəbinin direktor müavini Əzizəli Bağırov və kənd sakinləri iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Həmidli ölkəmizdə milli və dini ənənənlərə hörmətlə yanaşıldığını, həmrəylik və sülh dini olan İslamın milli-mənəvi dəyərlər sistemimizdə özünəməxsus yeri olduğunu bildirib. O, İslam həmrəyliyinin genişləndirilməsi üçün mühüm addımlar atılan ölkəmizdə tolerantlıq, nümunəvi birgəyaşayış və multikultural mühitin hökm sürdüyünü diqqətə çatdırıb.
Bəlləbur kənd tam orta məktəbinin direktor müavini Ə.Bağırov, Bəlləbur kənd məscidi dini icmasının sədri S.Cəfərov, kənd ağsaqqalı Zakir Cəfərov çıxışlarında İslam dininin insanları humanizmə və həmrəyliyə dəvət etdiyini, gənclərin mənəvi-əxlaqi tərbiyəsində mütərəqqi İslam dəyərlərinin böyük rolunun olduğunu qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İslamın milli-mənəvi dəyərlər sistemimizdə özünəməxsus yeri var

    12 Sentyabr 2017 16:37