Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

“İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Sentyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyan rayonu “Xurşud” kənd məscidi dini icmasi tərəfindən “İslamda həmrəyliyin əhəmiyyəti”  layihəsi çərçivəsində  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı  Aqşin Babayev, “Xurşud”  kənd məscidi dini icmasının sədri Əli Beybudov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov çıxışında tolerantlıq və dini dözümlülüyün Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğunu, müxtəlif xalqların, etnik qrupların arasında olan mehribanlıq, qarşılıqlı hörmət və bərabərliyin bu gün də davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin ölkəmizdə mövcud olan bu mühitin digər ölkələr üçün nümunə olduğunu qeyd edib, keçirilən maarifləndirmə tədbirlərin əhəmiyyətindən söz açıb.
Daha sonra DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov bildirib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının başlıca məqsədi müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Natiq, həmçinin ölkəmizdə məzhəblərarası harmoniyanın hökm sürdüyünü tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev İslam dininin dünya sivilizasiyasının mühüm səhifəsini təşkil etdiyini, xalqımızın milli-mədəni inkişafında müstəsna rol oynadığını qeyd edib.
“Xurşud” kənd məscidi dini icmasının sədri Əli Beybudov dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib, müqəddəs Qurani-Kərimdən ayələr sitat gətirərək İslamın tolerantlığa və həmrəyliyə verdiyi əhəmiyyətindən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • “İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

    12 Sentyabr 2017 16:24