Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Dinimiz müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə çağırır

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İmişli rayon Xoşçobanlı kənd məscidi dini icması sentyabrın 12-də “İslam həmrəylik, bərabərlik dinidir” layihəsi çərçivəsində “İslam həmrəyliyinin  Azərbaycan nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşları Elvin İbrahimov, Elbəy Dəmirov, İmişli rayon Xoşçobanlı kənd məscidi dini icmasının sədri Bayram Nuruşov, Xoşçobanlı kənd Mədəniyyət evinin müdiri Elşən Ağacanov, dini icmanın üzvləri, dindarlar, müəllimlər və gənclər iştirak etmişlər.
Dini icmanın sədri B.Nuruşov layihə haqqında ümumi məlumat verərək, bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirib ki, dinimiz müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə, humanist əxlaqa sahib olmağa, birlik və həmrəyliyə çağırır.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümmətov Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasından söz açaraq qeyd edib ki, ölkəmizdə tolerantlıq və multikulturalizmlə bağlı keçirilən beynəlxalq səviyyəli tədbirlər mədəniyyətlər və dinlər arası dialoqun qurulmasına, İslam dəyərlərinin təbliğinə böyük tövhələr verir. O, ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasını da məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlandığını vurğulayıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov müasir dövrdə İslam dünyasının həmrəyliyə və vəhdətə daha çox ehtiyac duyduğunu olduğunu söylərək, bu sahədə müsəlman dünyası ilə əməkdaşlığın perspektivlərindən və ölkə başçısının dindarlara göstərdiyi qayğıdan bəhs edib.
Tədbirin sonunda tədbir iştirakçıları maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən çap olunmuş ədəbiyyatlar paylanıb. 

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Dinimiz müsəlmanları məzhəb ayrı-seçkiliyi etməməyə çağırır

    12 Sentyabr 2017 16:05