Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Maarifləndirmə tədbirləri davam etdirilir

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş rayon  Aşağı Nemətabad məscidi dini icması tərəfindən sentyabrın 12-də “İslam həmrəyliyi və İslam elm tarixində Azərbaycan məktəbi” layihəsi çərçivəsində “Quranda dini plüralizm” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Tural Ələkbərov, Ağdaş rayon Aşağı Nemətabad kənd məscidi dini icmasının sədri Məhəmməd Abdurahmanov, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Tutu Qasımova, kənd orta məktəbinin direktoru Gülnarə Kazımova və başqaları iştirak ediblər.
Tədbirdə orta məktəbin direktoru Gülnarə Kazımova çıxış edərək xalqımızın tarixən qoruyub saxladığı tolerant və multikultural dəyərlərin təbliğinin təhsil müəssisələrində həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev bildirib ki, dinə göstərilən dövlət qayğısı nəticəsində müstəqillik qazandığımız dövrdən bu günədək ölkəmizdə 2000-dən artıq məscid tikilib və ya yenidən bərpa edilib. Natiq Əfəndiyev dini plüralizmin fərqli dəyərlərin mövcudluğunu təsdiq edən anlam daşıdığını, tolerantlıq anlayışının ayrılmaz hissəsi olduğunu,  o cümlədən dini plüralizmin əsrlərboyu istər Quranda, istərsə də xalqımızın milli-mənəvi dəyərlərində öz əksini tapdığını tədbir iştrakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Aşağı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Tutu Qasımova İslam dininin təbliğ etdiyi dəyərlərin xalqımızın malik olduğu dəyərlərlə uzlaşması nəticəsində ölkəmizdə dünyaya nümunə olacaq mühit formalaşmasının təqdirəlayiq hal olduğunu bildirib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Maarifləndirmə tədbirləri davam etdirilir

    12 Sentyabr 2017 12:03