Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Sumqayıtda “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda tədbir təşkil olunub

Sentyabrın 12-də Sumqayıt şəhər Cümə məscidində “İslam həmrəyliyi – düşüncə tariximizin dünəni və bu günü” layihəsi çərçivəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi”  mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, dini icmanın sədri Rauf Sərdarov, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Rauf Sərdarov keçirilən tədbirlərin cəmiyyətimizdə mövcud olan həmrəylik, tolerantlıq kimi tarixən formalaşan ənənələrə müsbət töhfə verdiyini bildirib. Qeyd edib ki, müasir dövrdə İslam aləminin əsas problemləri olan cəhalət, xurafat və radikalizmə qarşı mübarizənin başlıca vasitəsi düzgün maarifləndirmə, möhkəm tarixi köklərə söykənən milli-dini dəyərlərin təbliğ olunmasıdır.
DQİDK-nın əməkdaşı Yalçın Abdullayev çıxışında dünyada, o cümlədən müsəlman dünyasında baş verən qanlı münaqişələr zəminində birgəyaşayış və tolerantlıq prinsiplərinin elmi-nəzəri əsaslarının öyrənilməsi və təbliğinin vacib olduğunu qeyd edib. Ölkəmizdə 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli”  elan olunması və bu çərçivədə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, DQİDK-nın nəşri olan dini maarifləndirici ədəbiyyatlar paylanıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Sumqayıtda “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda tədbir təşkil olunub

    12 Sentyabr 2017 11:46