Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

İxtiyar Hüseynli: İlham Əliyevin “İslam həmrəyliyi” təşəbbüsü qlobal dəstək qazanır

Azərbaycan Prezidenti İslam dünyasını səmimi təəssübkeşliyə və etimada əsaslanan əməkdaşlığa çağırdı: “Müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”
 
İslam platformasının ən müasir, sabit ölkəsinə çevrilən, təriqətlərarası sülh və etimad mühitini uğurla yaradan Azərbaycan həm də beynəlxalq miqyasda müsəlman həmrəyliyi təşəbbüsünün fəallarındandır. Bu istiqamətdə çoxsaylı təkliflər, layihələr irəli sürən və onların icrasında davamlı qətiyyət göstərən Prezident
İlham Əliyev müəllifi olduğu siyasətin daha genişmiqyaslı təmini üçün 2017-ci ili “İslam həmrəyliyi ili” elan edib.
 
Azərbaycanın İslam dünyasına təqdim etdiyi yeni inkişaf formulu
 
“Çalışacağıq ki İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar” - İlham Əliyevin bu fikirləri onun yeni missiyasının əsas məramı oldu. Elə tək bu il ərzində İslam Həmrəyliyi Oyunlarına, müsəlman aləmində münasibətlərin genişləndirilməsinə həsr olunan beynəlxalq konfranslara evsahibliyi edən, xaricdə bu yönümdə tədbirlər hazırlayan Azərbaycan birlik və əməkdaşlıq çağırışlarının real fəaliyyət müstəvisini formalaşdırdı.
İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə Astana Sammitinin əsas qonaqları sırasında olan Prezident İlham Əliyevin buradakı görüşləri, həmçinin çıxışı da təsdiq etdi ki, müsəlman dünyasında Azərbaycan həmrəylik təşəbbüsünün əsas öncüllərindən biri kimi qəbul olunur, ölkəmizdə bərqərar olan düzgün dövlət-din münasibətləri örnək sayılır.
Həqiqətən də İlham Əliyev “Tolerantlığın Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan örnəyi”, “Sivilizasiyalararası əməkdaşlığın Bakı Prosesi” kimi qlobal təşəbbüslərlə yanaşı “İslam həmrəyliyinin Azərbaycan nümunəsi”ni də uğurla formalaşdırıb. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strategiyanın davamı olan yeni siyasət nəticəsində ölkəmizdə İslamın cəmiyyət və dövlət həyatına ən effektiv təsirlərini təmin edən, İslamı zərərli və dağıdıcı təsirlərdən qoruyan mükəmməl model yaranıb. Bu model ölkədə məscidlərin sayını 17-dən 2000-ə qədər yüksəltməklə yanaşı, onları cəhalət yuvasına çevrilməkdən qoruyur. Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı məsələlər - dini maarifçilik və ruhani zümrənin məzhəblərarası ünsiyyətə, əməkdaşlığa sövq edilməsi Azərbaycanda dini radikalizmin, ekstremizmin yayılmasına qarşı da əhəmiyyətli sipərdir.
Fanatizm və cahillik kimi naqisliyin İslam dünyasında az qala aparıcı mövqeyə yüksəlməsini müsəlman aləminin ən böyük problemi kimi qəbul edən Azərbaycan liderinin və vətəndaşların birgə səyləri ilə dini maarifçilik prosesi genişləndirilmiş, onun dünyəvi təfəkkür və yaşamla yanaşı sağlam mövcudluğu təmin olunmuşdur. Cəmiyyətdə elm və təhsilin inkişafına xüsusi diqqətin yetirilməsi, xurafatın və onun daşıyıcılarının sıradan çıxarılması, eləcə də Azərbaycanın bu sahədə artıq bölgənin və İslam dünyasının nüfuzlu liderlərindən birinə çevrilməsi də əsas nailiyyətlərdəndir.
Bu baxımdan Astana sammitində Azərbaycanın iştirakı bir neçə məqamdan xüsusi diqqət doğururdu. Əgər digər İslam ölkələri hələ indi problemlərdən çıxış yolunun elm və texnikanın inkişafında olduğunu dərk edərək, bu sahədə fəaliyyətə başlamaq istəyirlərsə, Azərbaycan bu yönümdə mükəmməl təcrübəyə və artıq uğurlu nəticələrə malikdir. Beləliklə, ölkəmiz və liderimiz müsəlman dünyasına cahilliyə və onun doğurduğu fanatizm, terrorçuluq, məzhəb savaşları kimi təhlükəli təsirlərə qarşı effektiv mübarizənin əsas prinsiplərini öz modeli ilə təqdim edir. Beləliklə, əyani şəkildə göstərir ki, əksər İslam ölkələrinin Azərbaycandan öyrənəcəkləri, mənimsəyəcəkləri çox üstün nümunələr var.
Digər tərəfdən, Azərbaycan bu bəlalardan qurtulmağın yolunun birgə fəaliyyətdə, səmərəli əməkdaşlıqda olduğunu bəyan edərək, İslam ölkələrini əsassız qovğalardan, lüzumsuz çəkişmələrdən imtina edərək, daha sabit, rifahlı, inkişaf edən gələcək naminə qüvvələri birləşdirməyə səsləyir.
Ən mühüm məqamlardan biri isə İlham Əliyevin müsəlman həmkarlarını səmimi təəssübkeşliyə, aydın mövqeyə və düşmən, həmçinin dost qüvvələrə qarşı birmənalı, qətiyyətli mövqe nümayiş etdirməyə çağırışı oldu.
Bu tezislər, əslində, həm də yeni təşəbbüslərdir və İlham Əliyevin İslam dünyasına təqdim etdiyi yeni xilas və inkişaf formulu kimi qəbul oluna bilər.
 
Dövlətin siyasi prioriteti, Prezidentin fəaliyyət platforması
 
57 ölkənin dövlət və hökumət başçılarının, elm və texnologiya məsələləri üzrə məsul nazirlərin, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyətinin iştirak etdiyi Astana sammiti dünyanın gündəmində idi. Şübhəsiz ki, burada səslənən bəyanatlar, mülahizələr də daha geniş arealda yayılır, daha çox informasiya mənbəyinin xəbərinə çevrilirdi.
Belə bir effektiv informasiya platformasında Prezident İlham Əliyevin söylədiyi fikirlər Azərbaycan həqiqətlərinin yayılmasına, həmçinin məlum problemimizin həlli üçün İslam ölkələrinin daha prinsipial dəstək göstərmələrinin labüdlüyünün bir daha ictimailəşməsinə zəmin yaradırdı.
Elə Prezidentin çıxışını da iki aspektdə təsnifatlaşdırmaq olar: Azərbaycan və İslam dünyası mövzuları.
İlham Əliyev Azərbaycanın İslam ölkələrini istisnasız bütün məsələlərdə daim dəstəklədiyini bəyan edərək, diqqəti ümummilli məsələyə - Dağlıq Qarabağ münaqişəsinə yönəltdi. Bu istiqamətdə İƏT-in fəaliyyətini, qətnamələrini yüksək dəyərləndirən dövlət başçısının Ermənistanın işğalının yalnız Azərbaycana yönəlmədiyini, bu təcavüzün həm də İslam irsinə, mədəniyyətinə, inancına qarşı böyük bir savaşa çevrildiyini dəlillərlə isbat etməsi yüksək diplomatik manevr oldu.
“Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”, - bu, adi bəyanat deyildi. Beynəlxalq miqyasda daim İslam ölkələrinə dəstəyini göstərən, onlara ən çətin anlarında siyasi, iqtisadi, diplomatik yardımını edən bir liderin mahiyyətində “içimizdəki qovğalara son qoyub, İslama düşmənçilik, müsəlmanlara isə terror edənlərə qarşı vahid cəbhədə birləşək” ifadəsinin aydın göründüyü çağırışı idi!
Ermənilərin dağıtdıqları məscidlərin azərbaycanlıların qəlbində ucaldığını söyləyən Prezident ölkəmizin İslam həmrəyliyinə verdiyi böyük töhfələri xatırlatdı. Birlik və əməkdaşlıq təşəbbüslərinin uğurla gerçəkləşməsi üçün etimada əsaslanan münasibətlərin genişlənməsini zəruri sayan İlham Əliyev həmkarlarını islamofobiyaya qarşı mübarizədə də fəallığa səslədi.
Azərbaycan Prezidentinin bəyanatında aydın mətnlə izah olunurdu ki, İslam dünyasına qarşı yürüdülən məlum bədnam proseslər qlobal miqyas alıb və artıq dünyanın az qala bütün qitələrində müsəlmanlar diskriminasiyaya məruz qalır. Müsəlmanlara qarşı törədilən cinayətlərin, qətliam və zorakılıq hallarının kütləviləşdiyi indiki dönəmdə çıxış yolunu
İlham Əliyev aydın göstərdi: birlik, etimad, əməkdaşlıq.
100 faizə yaxın savadlılıq göstəricisinə, elm və müasir texnologiyalar sahəsində uğurlu inkişaf təcrübəsinə malik olan, dünyanın kosmik klubunun məhdud sayda üzvlərindən birinə çevrilən Azərbaycanın İslamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik ideyalarının tərənnümçüsünə çevirmək məramı, ən əsası isə bu sahədə həyata keçirdiyi tədbirlər müsəlman dünyasında maraqla qarşılanılır, diqqətlə öyrənilir.
İlham Əliyevin liderliyində Azərbaycanın bu təşəbbüsü, fəaliyyəti isə yalnız “İslam həmrəyliyi ili”nin tərkib hissəsi deyil.
Bu, Azərbaycan dövlətinin siyasi prioritetlərindəndir, İlham Əliyevin isə fəaliyyət platformasıdır!
 
İxtiyar HÜSEYNLİ,
“Azərbaycan” qəzeti
12 Sentyabr 2017
    
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • İxtiyar Hüseynli: İlham Əliyevin “İslam həmrəyliyi” təşəbbüsü qlobal dəstək qazanır

    12 Sentyabr 2017 12:31