Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Abşeronda maarifləndirici tədbir təşkil olunub

Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Abşeron rayonu Güzdək qəsəbəsi “Rəsulullah” məscidi dini icmasının “İslam həmrəyliyi-dini radikalizmdən xilas yolu” layihəsi çərçivəsində “Dini radikalizmin cəmiyyətimiz üçün zərərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahlar Məmmədov, “Rəsulullah” məscidi dini icmasının sədrinin müavini Mirkazım Kazımlı, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Orucov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Rəsulullah” məscidi dini icmasının sədrinin müavini M.Kazımlı radikalizmin İslam aləminə və cəmiyyətə vurduğu zərərlərdən bəhs edib. Təfriqəçiliyin, başqalarına qarşı dözümsüzlüyün yaratdığı fəsadlara toxunan axund bu barədə dindarların üzərinə düşən vəzifələrdən geniş söhbət açıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ş.Məmmədov əvvəlcə radikalizm haqqında ümumi məlumat verərək, onu yaradan səbəblərdən və onun gətirib çıxardığı nəticələrdən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
 
Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Abşeronda maarifləndirici tədbir təşkil olunub

    11 Sentyabr 2017 15:40