Qaynar Xətt: 437 31 15

Dinimiz milli-mənəvi sərvətimizdir! Heydər ƏLİYEV

Sülh aylığı çərçivəsində növbəti tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatıçılığı ilə sentyabrın  11-də   Sumqayıt  şəhəri  “Cümə”  məscidində “Sülh aylığı” çərçivəsində “Hərb və sülh” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Yalçın Abdullayev və Ülvi Məmmədov, “Cümə”  məscidinin axundu Rauf Sərdarov, Corat qəsəbə məscidi dini icmasının sədri Sahib Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Y.Abdullayev bildirib ki, müasir dövrdə dünyanın bir çox  yerlərində  baş verən müharibələr, qarşıdurmalar və onların səbəb olduğu insan tələfatı dinindən, milliyyətindən asılı olmayaraq  hər kəsi narahat  etməlidir.
Sumqayıt  şəhəri “Cümə” məscidinin axundu R.Sərdarov dünyada sülhün və əmin-amanlığın qorunması üçün dünyanın bir çox xalqlarının, eləcə də Azərbaycan xalqının sahib olduğu multikulturalizm və tolerantlıq ənənələrinin öyrənilməsi və təbliğ  edilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ü.Məmmədov insanların dini inanclarının bu gün bir çox siyasi mərkəzlər tərəfindən manipulyasiya edilərək yeni münaqişə ocaqlarının yaradıldığını qeyd edib. Vurğulayıb ki, ayrı-ayrı dinlərin siyasi alət  kimi istifadə edilməsi bəşəriyyətin nihilizmə sürüklənməsinə və daha  dəhşətli müharibələrin, qarşıdurmaların baş verməsinə səbəb ola  bilər.
Tədbirdə iştirak edən din xadimləri İslam dinində sülh və humanizm prinsiplərindən söhbət  açıblar.

Dinə Dövlət Dəstəyi
Strateji Plan- 2014-2020-ci illər
Qaynar Xətt
  • Sülh aylığı çərçivəsində növbəti tədbir keçirilib

    11 Sentyabr 2017 15:04